Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub
Balıqçılıq və Akvakultura Mərkəzinə dövlət büdcəsindən vəsait ayrılıb
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan müəyyənləşib
21 Dekabr 2020 12:33
1 666
Gələn il üçün dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 4 milyard 585 milyon 806 min 638 manat olması nəzərdə tutulur.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müdafiə qüvvələri üçün 1 milyard 934 milyon 288 min 659 manat, milli təhlükəsizlik üçün 260 milyon 612 min 183 manat, sərhəd xidməti üçün 281 milyon 620 min 334 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 3 milyon 901 min 203 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 milyard 105 milyon 384 min 259 manat ayrılacaq.