Rusiya İrandakı Buşehr AES-dən daha 175 vətəndaşını Ermənistan vasitəsilə təxliyə edib
Kaladze: Azərbaycan Prezidentinin Gürcüstana səfəri münasibətlərin dərinləşməsinə töhfə verir
Mərakeş Afrikanın ikinci ən böyük otel inkişaf mərkəzi kimi yüksəlir
Türkiyədə Mustafa Ceceli, Bengü və daha 7 tanınmış şəxs narkotikə görə saxlanılıb
23 Dekabr 2020 13:10
2 044
“Növbəti illərdə 16 min ailənin özünüməşğulluğu təmin ediləcək”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, hədəf il ərzində 10 min insanın peşə təhsilini təmin etməkdir: “Bunlardan 3 min nəfərinə sertifikat verilməsi planlaşdırılır ki, bu da onların daha tez iş tapmasına səbəb olacaq. Bu, 3 illik hədəfdir. Cari ildə 3 min nəfərin peşə təhsili, 1000 nəfərin isə sertifikat alması planlaşdırılır. İşsiz şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə bu ödənişləri alan şəxslərin sayının 2021-ci ildə artırılması nəzərdə tutulur”.