Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
25 Fevral 2021 11:48
4 053
"Kənddə fəaliyyət göstərən mikro və kiçik sahibkarların girov təqdim etməsi olduqca çətin məsələdir".
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən iri sahibkarlara 500 mln. manatdan yuxarı məbləğdə verilən kreditlərdə girov təminatının 60%-dən çoxunu dövlət özü həyata keçirməyə başlayıb: "Mən təklif edirəm ki, kiçik sahibkarlıqla da bağlı belə bir məsələlər ortaya qoyulsun. Yəni o təminatın həyata keçirilməsinin təxminən 60-70%-i Azərbaycan İpoteka Kredit Zəmanət Fondu həyata keçirsin. Ümumiyyətlə, girov məsələsində regiondakı kiçik sahibkarlara təzyiq azaldılmalıdır".
Komitənin üzvü əlavə edib ki, əgər bu məsələlərin həll edilməsi ilə bağlı qanunlarda dəyişiklik edilməsi barədə hər hansı təşəbbüslər olarsa, komitə bu təşəbbüslərin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparmağa hazırdır.
16 May 10:37
1 729
15 May 17:25
1 827
15 May 15:45
1 848