Borc içində üzən ölkə İqtisadiyyat

Borc içində üzən ölkə

"Böyük borclardan başqa biz gələcək nəsillərə nə yadigar qoyacağıq?". Bu sualı ermənistanlı politoloq verir.
"Bu gün bizim ölkəmiz özünün heç də yaxşı zamanını yaşamır", deyə mətbuat konfransında Ermənistanın Demokratiya partiyasının üzvü olan Aram Sarkisyan bildirib.
Onun sözlərinə görə, dövlət borcu ancaq rəsmi rəqəmlərə görə 5 milyard dolları keçib. Bu isə Ermənistan kimi kiçik ölkə üçün olduqca böyük rəqəmdir.
"Təəssüf ki, ölkə rəhbərliyinin gələcəkdə borcu nisbətən azaltmaq üçün heç bir proqramı yoxdur. Büdcə çataışmazlığı yeni kreditlər hesabına örtülür. Bu isə onsuzda can üstə olan erməni iqtisadiyyatının tamamilə məhvinə gətirir.
Biz bu gün dərin borc batağındayıq".
Onun fikrincə dərhal hakimiyyətin yeni sturukturunu yaratmaq lazımdır. Bu sturuktur isə hakim Pespublika partiyasından yox, iqtisadçı, iş adamları, bütün partiya nümayəndələrindən ibarət olmalıdır.
"Üçüncü respublika köhnəlib. Təcili şəkildə dördüncü respublikanı formalaşdırmaq lazımdır. Yeni əsaslar və prinsiplərlə. Yoxsa çox gec olacaq".