“Təəccüblü bir şey yoxdur” Siyasət

“Təəccüblü bir şey yoxdur”

Elçin Mirzəbəyli: "Adında milli sözünü daşıyan insanların və təşkilatların da böyük əksəriyyəti antimilli fəaliiyət göstətir"

Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə qarşı onun vəfatının növbəti ildönümü günündə səsləndirilən ittihamlar, təhqirlər məqsədyönlü bir xətdir, siyasətdir, bu illər uzunudur ki, davam edir. Bunlar Elçibəyin sağlığında onun fiziki mövcudluğunu qəbul etməyən insanlardır ki, indi də onun mənəvi mövcudluğunu, onun ardıcıllarının Elçibəy ideyalarına sadiq qaldıqlarını qəbul edə bilmirlər.

Bu fikirləri BAXCP rəsmisi, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli eks-prezident Əbülfəz Elçibəyin vəfatının növbəti ildönümü günündə onun ünvanına bəziləri, xüsusilə, "Meydan" TV və onun təsisçisi Emin Milli tərəfindən ittihamlar, təhqirlər səsləndirilməsinə münasibətini bildirərkən dilə gətirib
Onun sözlərinə görə, həmin şəxslər və qüvvələr milli dəyərlərin qorunmasını qəbul edə bilmirlər.
"Bu gün adında milli sözünü daşıyan insanların və təşkilatların da təəssüflər olsun ki, böyük əksəriyyəti antimilli fəaliiyət göstətir"- deyən BAXCP rəsmisi bildirib ki, məsələn, Milli Şura antimillidir, başqa bir ölkənin layihəsidir, Emin Milli özü də başqa bir ölkənin layihəsidir, "Meydan" TV də eyni formada bu avantüraya, təhqiramiz fikirlərə meydan açmaqla "ənənəvi simasını" bir daha ortaya qoyub:
"Yəni, Qənimət Zahidin, Əli Kərimlinin, Xədicə İsmayılın, Emin Millinin və sair... Əbülfəz bəyin sağlığında, daha doğrusu, ağır xəstəliyə düçar olduğu zamanda onun təşkilatını param-parça edən insanlar, öz liderlərinə xəyanət yolunu tutanlar bu gün də həmin yolu eynilə "sapmadan, ardıcıllıqla" davam edirlər.
Bu gün həmin o Əli Kərimli, Qənimət Zahid və digərləridir ki, Elçibəyin ünvanına ən sərt ittihamları məhz onun xəstə olduğu dövrdə yazdırırdılar. Hətta, bu günə qədər bəşər tarixində görünməmiş antimilli humanist addımlar atırdılar - Xədicə İsmayıl öz yazılarında Elçibəyin xəstəliyini yanlış istiqamətə yozmaqla onu insanların gözündən salmağa çalışırdı...
Bütün bu "siyasətin" arxasında da bilavasitə Əli Kərimli, eyni zamanda, onu himayə edən, Azərbaycana düşmən kəsilmiş qüvvələr dayanırdı.
Bu gün də belə demək mümkünsə, Elçibəyin xatirəsinə sayğı duyan insanlar onun tutduğu yolu - bütöv azərbaycançılıq yolunu, milli şüurun inkişaf yolunu, Azərbaycanın Türk dünyası ilə inteqrasiyası yolunu davam etdirirlər və təbii ki, bunu istəməyənlər, Azərbaycanın xalqının milli özünüdərkini arzulamayanlar Elçibəyə qarşı məhz bu ifadələri də "səsləndirməli" idilər.
Əslində, burada təəccüblü bir şey yoxdur. Onun vəfatının ildönümü günündə ünvanına səslənən bu təhqiqlər isə mənəviyyatsızlıqdır, əxlaqsızlıqdır. Bu adamlar nə qədər əxlaqsız, mənəviyyatsız olduqlarını bununla bir daha nümayiş etdirdilər".