Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək Siyasət

Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək

Azərbaycan Prezidenti bu barədə sərəncam imzalayıb

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Məclisi birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin olunmuş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının iclası bu gün, saat 14:00-da keçiriləcək.