Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
13:33
196
Aİ Şurası Ukrayna üçün hərbi təlim missiyasının (EUMAM Ukraine) müddətinin uzadılması haqqında qərar çərçivəsində ilk dəfə Ukraynada miqyası dəqiqləşdirilməyən hərbi iştirakını rəsmi şəkildə təmin etmək niyyətində olduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
"Bu qərar EUMAM-ın strateji təhlili kontekstində qəbul edilib. Nəticədə Şura həmçinin Ukrayna hərbi hakimiyyət orqanları və tərəfdaş ölkələrlə birbaşa əlaqələndirməni təmin etmək və Avropadakı təlimlərin Ukrayna Silahlı Qüvvələrinin sorğularına uyğun inkişaf etməsinə zəmanət vermək üçün Ukraynada iştirakçılıq yaratmaq qərarına gəlib", - deyə sənəddə qeyd olunur.
Aİ-nin Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üzrə missiyası 2022-ci ildə başladılıb və Brüssel indiyədək onun bütün fəaliyyətinin Avropada həyata keçirildiyini israrla bildirirdi.
Aİ Şurası noyabrın 9-da Ukraynadakı hərbi missiyanın müddətini iki il - 15 noyabr 2028-ci ilə qədər uzadıb, onun mandatını genişləndirib və bütün dövr üçün 300 milyon avroluq büdcəni razılaşdırıb.
Məryəm Quliyeva