“Ermənistan yaşlı insanları Azərbaycan ərazisinə göndərməklə müəyyən məlumatlar əldə edir” Siyasət

“Ermənistan yaşlı insanları Azərbaycan ərazisinə göndərməklə müəyyən məlumatlar əldə edir”

"Azərbaycan tərəfinə keçən mülki erməni vətəndaşının Ermənistana qaytarılması ölkəmizin humanistliyindən xəbər verir. İddia olunur ki, həmin qadın səhvən yolunu itirərək Azərbaycan ərazisinə daxil olub. Amma mən inanmıram ki, bu belədir". Bunu millət vəkili Aqil Abbas Azərbaycan tərəfinə keçən mülki Ermənistan vətəndaşının Ermənistana qaytarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dəfələrlə olub ki, Ermənistan yaşlı insanları Azərbaycan ərazisinə göndərməklə müəyyən məlumatlar əldə edir: "Sonradan bunu onlara sübut etmək də çətindir. Hətta bir müddət öncə yaşlı kişi olan mülki erməni vətəndaşı Azərbaycan tərəfinə əsir düşmüşdü. Mən razı olardım ki, erməni əsirlərlə Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov qarşılıqlı olaraq qaytarılsın. Məncə bu, daha məntiqli olardı".
Qeyd edək ki, beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb. Təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.