Parlamentin komitələrinin tərkibi müəyyənləşdi Siyasət

Parlamentin komitələrinin tərkibi müəyyənləşdi

"Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib".
Bunu Milli Məclisin ilk plenar iclasının açılışında sədr Oqtay Əsədov deyib. O, dünən deputat vəsiqələrinin paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib.
Məzahir Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.
Daha sonra deputatlara vəsiqələri paylanıb.
Milli Məclisin iclasında komitə sədrlərinin müavinləri də seçilib.
Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu, Aydın Mirzəzadə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Ağalar Vəliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya, Eldar Quliyev Aqrar siyasət, Rauf Əliyev Əmək və sosial siyasət, Fəttah Heydərov Regional məsələlər, Bəxtiyar Əliyev Elm və təhsil, Jalə Əliyeva Mədəniyyət, Yevda Abramov İnsan hüquqları, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Musa Quliyev Səhiyyə, Sahibə Qafarova Ailə, qadın və uşaq məsələləri, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar, Ülvi Quliyev Gənclər və idman komitələrinin sədr müavinləri seçiliblər.
İclasda parlamentin 15 komitəsinin üzvləri də bəlli olub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri bu deputatlar seçilib: Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Rəfael Cəbrayılov, Sabir Hacıyev, Vüsal Hüseynov, Çingiz Qənizadə, Azay Quliyev, Elşən Musayev, Madər Musayev seçilib.
Müdafiə, təhülksəizlik və korrupsiya ilə mübarizə komitəsininü üzvləri - Aqil Abbas, Adil Əliyev, Əliağa Hüseynov, Fərəc Quliyev, Elman Mənmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov, Hacı Salayev;
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri - Mahir Abbazsadə, Vahid Əhmədov, İlham Əliyev, Aydın Hüseynov, Xanhüseyn Kazımlı, Əsabil Qasımov, Rüfət Quliyev, Cavid Qurbanov, Tahir Mirkişili, Əli Məsimli;
Təbii ehtiyatlar, enegetika və ekologiya komitəsinin üzvləri Rövnəq Abdullayev, Muxtar Babayev, Mirzəcan Xəlilov, Mirkazım Kazımov, Mixail Zabelin;
Aqrar siyasət komçitəsinin üzvləri - Mahir Asklanov, Novruzəli Aslanov, Elçin Quliyev, İqbal Məmmədov, Hüseynbala Mirələmov, Eldəniz Səlimov, Tahir Süleymanov;
Əmək və sosial siyasət komitəsinin üzvləri - Elmira Axundova, Araz Əlizadə, Yaqub Mahmudov, İlham Məmmədov, Aytən Mustafayeva;
Regionlar məsələlər komitəsinin üzvləri - Azər Badamov, Kamran Bayramov, Malik Həsənov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev;
Elm və təhsil komitəsinin üzvləri - Ağacan Abiyev, Gövhər Baxşəliyeva, Kamilə Əliyeva, Şəmsəddin Hacıyev, Pərvin Kərimzadə, Musa Qasımlı;
Mədiyyət komitəsinin üzvləri - Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Zəynəb Xanlarova, İmamverdi İsmayılov;
İnsan hüquqları komitəsinin üzvləri - Əflatun Amaşov, Tahir Kərimli, Flora Qaımova, Hikmət Məmmədov, Fazil Mustafa, Elman Nəsirov, Astan Şahverdiyev;
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri - Sahib Alıyev, Mehriban Əliyeva, Cavanşir Feyziyev, Azər Kərimli, Nəsib Məhəməliyev, Müslüm Məmmədov, Asim Mollazadə, Rasim Musabəyov, Qənirə Paşayeva, Elxan Sülymanov;
Səhiyyə komitəsinin üzvləri - Məlahət İbrahimqızı, Kamləddin Qafarov, Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov;
Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Dilarə Cəbraylılova, Sona Əliyeva, Sədaqət Vəliyeva;
İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri - Nizami Cəfərov, Nəriman Əliyev, Səttar Möhbalıyev, Cavanşir Paşazadə;
Gənclər və idman komitəsinin üzvləri - Naqif Həmzəyev, Elşad Həsənov, Sevinc Hüseynova, Şahin İsmayılov.

Milli Məclisin iclasında İntizam komissiyasının tərkibi də müəyyənləşib. Səsvermədən sonra Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq İntizam komissiyasının tərkibinə Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil edilib.
İclasda parlamentin Hesablayıcı komissiyasının tərkibində dəyişiklik edilib. İsa Həbibbəyli Elm və təhsil komitəsinin sədri seçildiyindən komissiyanın tərkibindən çıxarılıb. Fəttah Heydərov Hesablayıcı komissiyanın üzvü təyin olunub.
İclasda Milli Məclis yanında Toponimiya komissiyasına üzvlər seçilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, Milli Məclisin deputatı Musa Quliyev, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri Qara Məşədiyev, AMEA vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı Milli Məclis yanında Toponimiya komissiyasının üzvləri seçiliblər.
Komissiyanın işinin təşkili Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılıb.