Obama İlham Əliyevi Vaşinqtona dəvət etdi Siyasət

Obama İlham Əliyevi Vaşinqtona dəvət etdi

ABŞ prezidenti Barak ObamaAzərbaycan prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtona keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovözünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.
Ekspertlər ABŞ prezidentinin dəvətini iki ölkə arasında münasibətlərin inkişafına zəmin yaradacaq addım kimi qiymətləndirirlər.
Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətinə görə, Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir: "Barak Obama bundan əvvəlki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi.
Bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verdi. Tədbir 31 martda keçiriləcək. Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu həm İlham Əliyevin Vaşintona səfərinin əhəmiyyətini artıracaq, həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq, həm də Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq".
Deputat Sahib Alıyevin fikrincə, ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevi Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi Kris Smit kimi erməni muzdlularının iki ölkə arasında ilişgiləri pozmaq cəhdlərinin elə cəhd olaraq da qalacağından xəbər verir.