“Almaniya həmsədr dövlətlərə təsir göstərə bilər” Siyasət

“Almaniya həmsədr dövlətlərə təsir göstərə bilər”

Arzu Nağıyev: "Çünki, Almaniya Avropada söz sahibi olan dövlətlərdən biridir"

"Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı Almaniya kansleri Angele Merkellə bir çox məsələlər üzrə apardığı müzakirələri yüksək qiymətləndirmək olar". Bunu politoloq Arzu Nağıyev deyib. O, bildirib ki, onları iqtisadi və siyasi baxımdan 2 hissəyə bölmək mümkündür: "İqtisadi baxımdam Azərbaycan və Almaniya bir-biri üçün vacib olan layihələrdə birgə iştirak etməyin vacibliyinə əmin oldular.
Bu Dağlıq Qarabağ münaqişəsinin həlli , həm də Azərbaycanın təhlükəsizliyi, eyni zamanda Avropanın və təbii ki, Almaniyanın enerji təhlükəsizliyindən asılıdır. Düşünürəm ki, əsas məqamlar bunlar idi.
Merkelin Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar rol oynamasını vurğulaması düşünürəm ki, bu bir diplomatik siyasi gediş idi: "Yəni münaqişənin həllinin Rusiya ilə bağlı olması və açar rolu oynaması məlum məsələdir. Eyni zamanda, sanki Almaniya cavabdehliyi öz üzərindən atmaqla regionda Rusiyanın nüfuzunu qaldırmağa çalışır. Almaniya ATƏT-in sədridir və Rusiya da Minsk qrupunun üzvüdür. Rusiyanın nümayəndəsi təkliflərlə bağlı müəyyən göstərişlər gözlədiyini bəyan edir. Zənnimcə, əgər baş tutarsa Parisdə 2 prezidentin görüşündə artıq konkretlik lazım gələcək. Çünki Azərbaycan öz ərazi bütövlüyünün bərpasında təkidli tərəfdir".
O, deyib ki, Almaniya ATƏT-in sədri kimi Minsk qrupunun həmsədrlərinin təmsil edildiyi dövlətlərə öz təsirini göstərə bilər: "Çünki, Almaniya Avropada söz sahibi olan dövlətlərdən biridir. Fransaya təsir edə bilər, eyni zamanda Rusiya ilə müəyyən münasibətləri var və ABŞ-la strateji tərəfdaşdır. Bundan başqa, Azərbaycanla da Avropanın enerji təhlükəsiliyi məsələsində həmfikirdirlər".