İrəvanın NATO hiyləsində əsas məqsəd Siyasət

İrəvanın NATO hiyləsində əsas məqsəd

Serj Sərkisyanın NATO sammitində iştirakının məqsədi Ermənistanın Alyansın rəqibi olan Rusiyanın vassalı olmadığına və müstəqil qərarlar verə bildiyinə dair görüntü yaratmaqdır.
Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Onun sözlərinə görə, Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməmək birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcəkdi:
"Bu, ATƏT sammiti deyil ki, Ermənistan veto hüququndan istifadə edərək yekun bəyanatın qəbuluna mane olsun. NATO-nun bəyanatında digər dövlətlərlə yanaşı, "Ermənistanın ərazi bütövlüyünə dəstək veririk" ifadəsi də vacibdir. Bu, İrəvana mesajdır ki, necə bütün dövlətlər Ermənistanın ərazi bütövlüyünə hörmət edir, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. NATO və Varşava sammiti bir daha Ermənistanın nə etməli olduğunu düz İrəvanın üzünə dedi".
Qeyd edək ki, iyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun baş tutan sammitində yekun sənəddə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunub.