“Türkiyə proseslərə nəzarəti əlində saxlayır” Siyasət

“Türkiyə proseslərə nəzarəti əlində saxlayır”

Zərdüşt Əlizadə: "Suriya müdaxiləsinin Türkiyə üçün ciddi başağrısına çevriləcəyini düşünmürəm"


Türkiyənin Suriyada başlatdığı quru əməliyyatı bütün dünyada maraqla izlənməkdədir. Uğurlu əməliyyat nəticəsində bəzi yaşayış məntəqələrini İŞİD-dən azad etməsinə baxmayaraq, bəziləri Suriyanın türk ordusu üçün çıxması çətin olan bataqlığa çevrilə biləcəyi qənaətindədir.
Maraqlıdır, Suriya həqiqətən də Türkiyə üçün çıxması çətin olan bataqlığa çevrilə bilərmi?
Məsələ ilə bağlı açıqlqama verən politoloq Zərdüşt Əlizadə bu qənaəti bölüşmədiyini qeyd etdi: "Hesab etmirəm ki, Suriya Türkiyə üçün bataqlığa çevriləcək. Türkiyə istədiyi zaman Suriyadan çıxa bilər və bu, onun üçün problem olmayacaq. Necə ki, Türkiyə bundan öncə dəfələrlə Şimali İraqa girib-çıxıb və heç bir problem yaşamayıb. Suriya məsələsində də Türkiyə proseslərə nəzarəti əlində saxlayır və özünün münasib hesab etdiyi bir zamanda Suriya ərazisini tərk edəcək. Suriya müdaxiləsinin Türkiyə üçün ciddi başağrısına çevriləcəyini düşünmürəm".