Azərbaycan prezidenti moldovalı həmkarını təbrik edib Siyasət

Azərbaycan prezidenti moldovalı həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev moldovalı həmkarı Nikolaye Timoftini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Moldova Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".