“Prezidentlərin görüşündən öncə beynəlxalq birlikdən real fəaliyyət görməliyik” Siyasət

“Prezidentlərin görüşündən öncə beynəlxalq birlikdən real fəaliyyət görməliyik”

AŞPA sədri Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında təmas yaratmaq istəyir. Aqramunt çox düz vurğulayıb ki, Ermənistan-Azərbaycan silahlı münaqişəsi də daxil olmaqla beynəlxalq münaqişələr qəbuledilməzdir, onlar parlament diplomatiyası əsasında dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu fikirləri amerikalı siyasi ekspert Piter Teys deyib.
P.Teys AŞPA rəhbərinin təşklil edə biləcəyi mümkün görüşün nəticələrinə də münasibət bildirib: "AŞPA və onun liderinin təşkil edəcəyi Ermənistan-Azərbaycan görüşünün nəticələrinə şübhəm var, çünki görüşün gündəliyi aydın deyil və Ermənistan status-kvonu saxlamaqda davam edir. Ermənistan hakimiyyəti hərəkət etmir, ən dəhşətlisi də odur ki, Serj Sarkisyan beynəlxalq hüquqa məhəl qoymur".
P.Teysin sözlərinə görə, ATƏT-in Minsk qrupu sakit qalmaqda davam edir, konstruktiv rol oynamır: "Minsk qrupu prezidentlərin görüşünün baş tutması və arzuolunan nəticələrin əldə edilməsi üçün AŞPA komandası ilə birgə işləmir. Görünür, Minsk qrupunun həmsədrləri ayrı-ayrı, təcrid edilmiş formada işləyir". Ekspert həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Avropanın paytaxt şəhərlərindən birində prezidentlərin görüşünü təşkil etmək istədiyini də xatırladıb: "Bu 2016-cı ilin aprelində qoşunların təmas xəttində baş verən silahlı toqquşmalardan sonra iki dövlət başçısının 3-cü görüşü olacaq. Amerikalı həmsədr Ceyms Uorlik mediada görüş planı barədə anons versə də, görüşün gündəliyi aydın deyil. Biz hamımız bilirik ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək".
P.Teys bildirib ki, həmsədrlər ictimaiyyət üçün verdikləri bəyanatda həmişə olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin xüsusi problemlərinə toxunmur.
Ona görə də ictimaiyyət görüşün gözlənilən nəticələrindən xəbərdar ola bilər. Ekspert qeyd edib ki, dünya Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi dağıntılar və insan iztirabı barədə az məlumatlıdır.
P.Teys hesab edir ki, ATƏT-in Minsk qrupunun imici ləkələnib, ötən 20 il ərzində o zəif, təsirsiz olduğunu sübut edib: "Buna görə də Minsk qrupu münaqişə tərəflərinin ikitərəfli görüşündən pozitiv və real nəticələr yarada bilmir. Hesab eidrəm ki, ya Minsk qrupu buraxılmalıdır ya da birgə səylər əsasında danışıqlar təşkil etmək üçün AŞPA-nın qanunverici orqanları ilə işləməyə çalışmalı, eyni zamanda Serj Sarkisyan hakimiyyəti hər bir əsgərini işğal edilmiş ərazilərdən geri çəkənə qədər beynəlxalq birliyi Ermənistana qarşı iqtisadi sanskiyalar tətbiq etməyə çağırmalıdır".
Ekspert əlavə edib ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün bir çox səylər göstərib və böyük iradə nümayiş etdirib. Münaqişənin digər tərəfi olan Ermənistan isə danışıqlar prosesini məhv etmək üçün hər şeyi edir, Azərbaycan ərazilərində hərbi işğalı davam etdirir və status-kvonu saxlayır: "Biz Azərbaycan ərazilərində sülh və stabillik istəyirik və bu məqsədə nail olmaq üçün beynəlxalq aktorlar bunları həyata keçirməlidir. 1. Gözlənilən ikitərəfli danışıqlar prosesindən öncə, Ermənistana öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq üçün təzyiq edilməlidir. 2. Beynəlxalq birlik konsensus əldə edərək Ermənistanı BMT TŞ-nın qətnamələrinə riayət etməyə çağırmalıdır. 3. ABŞ, Fransa və Aİ ölkələri Ermənistan öz əsgərlərini işğal edilmiş ərazilərdən çıxarana qədər iqtisadi sanskiya tətbiq etməlidir. Sarkisyan Naxçıvana qarşı tətbiq edilən blokadanı aradan qaldırana qədər Aİ və digər təşkilatlar tərəfindən Ermənistana siyasi təzyiq edilməlidir".
"Yüksək səviyyəli ikitərəfli görüşdən öncə biz beynəlxalq birlikdən real fəaliyyət görməliyik" - deyən P.Teys əlavə edib ki, yoxsa bu danışıqlarda hər hansı nəzərəçarpan irəliləyiş yaranmayacaq.
Ekspert vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qanunsuz seperatçı rejimi təşviq etmək beynəlxalq hüquq və ATƏT-in 1992-ci ildə qəbul edilmiş Helsinki Aktına qarşıdır.
O sonda əlavə edib: "Mən iki prezident arasında keçiriləcək danışıqların nəticələri barədə optimist deyiləm. Hesab edirəm ki, dünyanın əsas gücləri Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün kreativ düşünməlidir".