“Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb” Siyasət

“Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb”

Azərbaycan tərəfi çoxdan AŞPA çərçivəsində erməni nümayəndə heyəti ilə görüşə hazırlığını ifadə edib, lakin Ermənistan hər zaman bundan boyun qaçırıb.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov qurumun tərəflərin görüşünün keçirilməsi barədə təklifini şərh edərkən deyib:
"Azərbaycan tərəfi bu görüşün keçirilməsində təkid edib, lakin ermənilər deyir ki, ATƏT Minsk qrupu formatında görüşlər keçirilirsə, Avropa Şurası çərçivəsində danışıqlara ehtiyac yoxdur".
S.Seyidovun sözlərinə görə, AŞPA nümayəndə heyətləri arasında, eləcə də Dağlıq Qarabağ icmalarının rəhbərləri arasında görüşlər münaqişə ilə bağlı vəziyyətə daha yaxından baxmağa imkan verərdi.