Səndən yar, sənə yar... Siyasət

Səndən yar, sənə yar...

Sərkisyan Avrasiya İttifaqından şikayətlənir

"Qeyd edilən naliyyətlərlə yanaşı, vahid iqtisadi məkanın tam fəaliyyətini əngəlləyən problemlərə də nəzər salmaq lazımdır".
Bunu Ermənistan prezidenti Serj Sərksiyan Avrasiya İqtisadi İttifaqı Şurasının Sankt-Peterburq sammitində deyib. Naliyyətlərə gəldikdə Sərksiyan qarşılıqlı ticarətdə azalmanın səngidiyini, sənaye və kənd təsərrüfatı sahələrində istehsal sürətinin artdığını göstərib.
Amma qeyd edib ki, Avrasiya İttifaqı hələ də sosial-iqtisadi problemlərə lazımınca reaksiya verə bilmir. Sərksiyan xüsusilə biznes gözləntiləri, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, inteqrasiya sahələrində hələ də problemlər olduğunu vurğulayıb və bu məsələləri bütün tərəflərin iştirakı ilə müzakirə etməyə çağırıb.
"Bir sözlə ciddi irəliləyişə baxmayaraq, bir çox məsələlər hələ də açıq qalır" deyə o bildirib. Amma Sərksiyan ikigünlük sammit zamanı yeni kömrük kodeksinin imzalanmasını müsbət qiymətləndirib və bunun gələcək inteqrasiya istiqamətində mühümm addım olduğunu bildirib.