“Forpostbaşı bu hədəni öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir” Siyasət

“Forpostbaşı bu hədəni öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir”

Sahib Alıyev: "Onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir"

"Ermənistan prezidentinin son hədəsinin 2 apreldə keçirilcək seçkiylə bağlı olduğu hər kəsə aydındır". Bunu millət vəkili Sahib Alıyev bildirib Onun sözlərinə görə, ancaq forpostbaşı bu hədəni heç də öz partiyası üçün daha çox səs qazanmaq məqsədilə səsləndirmir: "Axı onun partiyasının əsas "elektoratı" ölülər və ölkədən çıxıb gedənərdir ki, birincilər istəsələr belə Sərkisyanın nə dediyini eşitmirlər, ikincilər isə eşitmək belə istəmirlər. Həm də onun partiyasına nə qədər səs veriləcəcəyi, kiminlə koalisiya quracağı çoxdan müəyyənləşdirilib və buna yaxınlarda Moskvaya etdiyi səfəri zamanı "dobro"da alınıb". Millət vəkilinin sözlərinə görə, Sərkisyanın "İsgəndər"lə oynamasının və "İskəndər" oynatmasının arxasında bu durur ki, parlamentli respublikaya keçəndən sonra da yeridəcəkləri vassallıq siyasətinə haqq qazandırsın: "Yəni haylara, ən çoxu da onların Amerika və Avropada yaşayan hissəsinə göstərir ki, məhz Rusiya arxalarında durduğu, onları "İskəndər" kompleksiylə təmin etdiyi üçün indi Dağlıq Qarabağa gələrək oradan Azərbaycanı hədələmək mümkündür. Və əgər Rusiya olmasaydı, ötən ilin aprelində Azərbaycanın keçirdiyi cavab əməliyyatları nəticəsində məsələ birdəfəlik bitmişdi, Sərkisyan kimilərin ayağı Qarabağ torpağına bir daha dəyməyəcəkdi. Ancaq onun bu hərəkəti ayıya xidmət yox, ayı xidmətidir. Birincisi ona görə ki, bu realıq istər-istəməz Azərbaycanı bəzi cavab addımları atmağa, hərbi- texniki və hərbi- siyasi əməkdaşlıq sahəsində digər tərəfdaşlara üstünlük verməyə zorlayır ki, bu da Rusiya büdcəsi üçün xeyli itki deməkdir. İkincisi, belə hərəkətlər bütövlükdə Azərbaycan-Rusyia əlaqələrinə təsirsiz ötüşmür". Sahib Alıyev deyir ki, Serj Sərkisyanın hədəsinin arxasındakı təhlükəyə gəldikdə isə bu həmin adamdır ki, aprel döyüşlərindən dərhal sonra Azərbaycanın azad etdiyi bütün torpaqıarın qısa zamanda geri qaytarılacağını deyirdi: "Nə oldu?. İkincisi, o bildirir ki, " Ermənistanın Ali Bfş Komandanı lazım gələndə gözünü belə qırpmadan, "İskəndər" komplekslərinin tətbiqi barədə əmr verəcək". Amma başqa bir reallıq da var ki, Ermənistanın alilikdən uzaq başsız komandanı gözünü qırpmamış həmən "İsgəndər" kompleksi də, onun qərargahı da darmadağın edilə bilər, necə ki, aprel döyüşlərində yüksək rütbəli hərbiçilərinin toplaşdıqları qərargahlardan biri darmadağın edilmişdi. Sərkisyan onu da bilməmiş deyil ki, azərbaycanlı oğullar da cəbhənin bütün perimetrləri boyu əməliyat şəraitinə nəzarət etdikəri kimi, düşmənin cəbhədən çox-çox uzaqlarda harada nə gizlətdiklərindən də xəbərdardırlar. Həm də təkcə xəbərdar deyillər, onların sıradan çıxarılmasının yolunu da bilirlər və bunun üçün gərəkən texinka da artıqlamasıyla varımızdır.