“Erməni tərəfi bunu cavab təlimi kimi təqdim etməyə çalışa bilər” Siyasət

“Erməni tərəfi bunu cavab təlimi kimi təqdim etməyə çalışa bilər”

İlqar Vəlizadə: "Çünki belə təqdimat onlara sərf edir"

"Rus ordusunun keçirdiyi təlimləri Azərbaycana cavab kimi dəyərləndirmirəm". Bunu politoloq İlqar Vəlizadə bildirib: "Təlimlər planlı şəkildə keçirilən tədbirlərdir. Bu təlimlərin üst-üstə düşməsinin təsadüf olduğunu istisna etmirəm. Təlimlər adətən bir neçə ay öncə, ən azından bir ay öncə planlaşdırılır. Bu səbəbdən də təlimlərin üst-üstə düşməsini daha çox təsadüf kimi xarakterizə edilə bilər. Yəni rus ordusunun Ermənistanda başlatdığı təlimlər cavab təlimi deyil.
Ola bilsin ki, erməni tərəfi bunu cavab təlimi kimi təqdim etməyə çalışsın. Çünki belə təqdimat onlara sərf edir. Onlar çalışırlar ki, Azərbaycan-Rusiya maraqlarının toqquşması baş versin.
Onu da untumayaq ki, Rusiya Ermənistandakı bu bazanı sadəcə Qafqazda proseslərə nəzarət etmək üçün yaratmayıb. Rusiya bu bazanı daha çox cənub-şərqi Asiyadakı proseslərə nəzarət etmək məqsədi ilə yaradıb. Ona görə də aparılan təlimlərə daha geniş konteksdən yanaşmağa ehtiyac var".