XİN Aİ və ABŞ Dövlət Departamentinin açıqlamalarına münasibət bildirib Siyasət

XİN Aİ və ABŞ Dövlət Departamentinin açıqlamalarına münasibət bildirib

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verilib".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ə. Muxtarlı ilə bağlı Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edərkən deyib.
O bildirib ki, Gürcüstanın müvafiq dövlət qurumlarının da məsələ ilə əlaqədar açıqlaması var: "Hüquq müstəvisində olan bu məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün hesab etmirik. Sözügedən məsələni qəsdən siyasiləşdirərək uğursuz şəkildə Azərbaycan-Gürcüstan əlaqələrinə xələl yetirməyə çalışan dairələr heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri ortaq maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq və birinin ərazisindən digərinə qarşı istifadə edilməsinə yol verməmək kimi prinsiplərə əsaslanır".