“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb” Siyasət

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb”

Səfir: "Türkiyənin Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olması məsələsi dəyərləndirilir"

"Türkiyənin Avrasiya İqtisadi İttifaqının Gömrük Birliyinə daxil olması məsələsi dəyərləndirilir".
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, bu, iqtisadi məsələdir: "Təbii ki, siyasi tərəfləri də var. Hər halda, bunlar dəyərləndirilib, yekun qərar veriləcək".
Xatırladaq ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olmaq üçün bu il müraciət edəcəklərini bildirib.
"Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü sentyabrın 6-da Bakıda keçiriləcək"-deyən bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 5-də Bakıya gələcək
Erkan Özoral, eyni zamanda, qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib.
Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.