
"Azərbaycan və Avropa İttifaqıarasında imzalanacaq sazişlə bağlı danışıqlar intensiv və yaxşı gedir".
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, yeni sənəd Aİ və Azərbaycan arasında 1998-ci ildən mövcud olan sazişi əvəzləyəcək.
Səfir qeyd edib ki, sazişlə bağlı növbəti görüşlərin noyabrda baş tutacaq "Şərq tərəfdaşlığı" sammitinə qədər keçirilməsi nəzərdə tutulur.
"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi müttəfiq ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək"-deyən Kestutis Yankauskas bildirib ki, yeni layihə sürətli ticarət imkanları yaradır: "Dəmir yolları da digər yollar kimi daha yaxşı əlaqə, daha çox sərnişin, daha çox səyahət imkanı yaradır. Bu da noyabrda baş tutacaq "Şərq tərəfdaşlığı" sammitinin əsas müzakirə mövzularından biri olacaq".