“Qanunsuz hərəkətlər bələdiyyələrin əli ilə həyata keçirilir” Siyasət

“Qanunsuz hərəkətlər bələdiyyələrin əli ilə həyata keçirilir”

Qüdrət Həsənquliyev: "Camaata "sənin əmlakın var gəl mənə vergi ver" prinsipi ilə hərəkət etmək olmaz"

"Biz hər il burada Bələdiyyələrlə İş Mərkəzinin hesabatını dinləyirik. Müxtəlif təkliflər səsləndirilir. Bələdiyyələrlə İş mərkəzi də bir qayda olaraq keçirilən seminarlar haqqında bizə statistik məlumatlar verir. Nə qədər əruzə daxil olub, onlardan neçəsinə baxıblar, hansı qərarlar qəbul olunub və.s". Bu fikirlıri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirdi ki, amma bələdiyyələrin cəmiyyətdə nüfuzunun qaldırılması, onların ölkə həyatındakı rolunun inkişaf etdirilməsi istiqamətində biz çox təəssüf ki, hökumətdən müvafiq qanunvericilik layihələrinin parlamentə daxil olmasını müşahidə eləmirik: "Əslində Bələdiyyələrlə İş Mərkəzi bu barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Ədliyyə Nazirliyi də hökumətin üzvü kimi hökumət qarşısında bu məsələləri qaldırmalıdır. Ona görə ki, bizim qəbul elədiyimiz qanunların tətbiqi zamanı boşluqları o qanunları tətbiq edən, yaxud ona nəzarət edən orqan görür və bilir. Buna görə də onlar deməlidir ki, nələri təkmilləşdirmək lazımdır.
Məsələn? bu yaxınlarda bələdiyyə torpaqaları ilə bağlı mənə müraciət etmişdilər. Cənab Prezident kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı xüsusi dövlət agentliyi yaradıb. Amma sahibkar şəhərin kənarında hansısa mazutlu, antisanitar bir vəziyyətdə olan torpağı götürüb, abadlaşdırıb orada iş görmək istəyir. Tutaq ki, bələdiyyə sədrinə müraciət edir. Bələdiyyə sədri deyir ki, bizdə torpağın kvadratmetri 1 manat 23 qəpikdir. Sahibkar da sənədləri hazırlayır, hər şey hazır olanda şəhərin mərkəzində həmin o bələdiyyə sədri mərkəzi icra hakimiyyətinin regional şöbəsi, yaxud yerli icra hakimiyyətləri ilə cinayət əlaqəsinə girir və 10 kvadratmetr yeri, nümunə üçün deyirəm, şəhərin mərkəzində, 9 manat 43 qəpiyə rəsmiləşdirir. Sonra da deyir ki, qanuna görə axırıncı hərracda biz torpağı neçəyə satmışıqsa yalnız o qiymətə sata bilərik. Yəni demək istədiyirəm ki, sahibkarlığa kömək etmək əvəzinə bələdiyyələr bir çox hallarda yerli icra hakimiyyətləri ilə birlikdə əslində sahibkarların maraqlarına toxunurlar. 2017-ci ildə keçirilmiş tədbirlər sırasında qeyd olunur ki, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu barədə seminar keçirilib. Hörmətli Vilayət müəllim (Vitse-spiker Vilayət Ələsgərov) bizə desəydi yaxşı olardı ki, görəsən o seminarda nədən danışılıb, söhbət hansı hüquqların qorunmasından gedir? Şəhər icra hakimiyyətləri gedirlər həmin bələdiyyələrin ərazisində fəaliyyət göstərən sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, pulu ödəyəcəklərinə söz verirlər. Amma aylar keçir, həmin sahikarların pulu verilmir. Bələdiyyələr sahibkarların hüquqlarınını qorunması, bələdiyyələrin ərazilərində baş verən qanun pozuntuları, vətəndaşların hüquqlarının digər mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları tərəfindən pozulması ilə bağlı hansısa tədbirlər görürlərmi? Bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırırlarmı? Axı Ədliyyə Nazirliyinin kifayət qədər nüfuzu var, ədliyyə naziri həm də Məhkəmə Hüquq Şurasının sədridir. Bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynaya bilər. Amma çox təəssüflər olsun ki, biz bu istiqamətdə addımların şahidi olmuruq. Nəinki bələdiyyələr bu hüquqların qorunmasında heç bir rol oynamırlar, bir çox hallarda yerli icra hakimiyyəti orqanları həmin qanunsuz hərəkətləri məhz bələdiyyələrin əli ilə həyata keçirirlər. Bir də görürsən ki, bələdiyyələr kiminsə əmlakını sökdürür. Məsələn, bir diş həkimi mənə müraciət edib. Onun şəhərdə kabineti var imiş. Bildirir ki, əlində çıxarış var, əmlak ona məxsusdur, Səhiyyə Nazirliyindən lisenziya alıb. Amma şəhər icra hakimiyyəti onun əmlakını dağıdır. Nə bələdiyyə onun hüquqlarını qoruyur, nə də yerli icra hakimiyyəti. Nəticədə bu adam iş yerini itirir və ailəsi çətin vəziyyətdə qalır. Mən bu barədə hökumətin iclasında da geniş danışacağam. Amma bu gün bu məsələni ona görə qaldırıram ki, bələdiyyələr vətəndaşlaırn hüquqlarının qorunması baxımından ciddi işlər görməlidir. Kənd yerlərində - bəzi böyük kəndlərən başqa, digər kndlərdə yağış yağarkən palçıq dizə çıxır. İməciliklır təşkil etmək lazımdır, əhalinin özü o kənd yollarının abadlaşdırılmasında iştirak etməlidir. Bələdiyyələr əhali ilə bu formada da işləməlidir. Yoxsa ancaq camaata "sənin əmlakın var gəl mənə vergi ver" prinsipi ilə hərəkət etmək olmaz. Sonra da yığılan vergidən 5 qat baha qiymətə hansısa işlər görürlər. Düşünürəm ki biz bununla ciddi irəliləyişlərə nail ola bilmərik".

"Qanunda Konstitusiya ilə ziddiyyət təşkil edən normalar var"

Qüdrət Həsənquliyev həmçinin "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb: "Bu qanun layihəsi komitə iclaslarında da müzakirə olunanda mən Valeh müəllimə öz təşəkkürümü bildirdim. Doğurdan da onun rəhbərliyi ilə işçi qrup ciddi qanun layihəsi hazırlayıb və mən də komitədə plenar iclasda müzakirə üçün ona səs verdim. Ancaq komitədə söyləmişdim, indi də söyləyirəm. Bu qanunda Konstitusiya ilə ziddiyyət təşkil edən normalar var". O, bildirdi ki, qanunun əmək qaydalaraından söhbət gedən 20, ekologiya ilə bağlı 23 və mübahisələrin həlli ilə bağlı 26-cı maddələrdə olan normalar ya yenidən işlənməli, ya da ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır: "Bu qanunun əsas məqsədi nədir? Azərbaycan müəyyən bir ərazisində xarici investorlar üçün əlverişli şərait yaradır. Müəyyən lqotlar nəzərdə tutur. Burada da söhbət vergi və gömrük rüsumlarındn azad olmaqdan gedir. Biz də bunu alqışlayırıq. Hörmətli Valeh müəllim, əgər söhbət vətəndaşların funbdamental hüquq və azadlıqlarından gedirsə, burada xarici investora hansı güzəştdən söhbət gedə bilər? Yaxud ekologiya ilə bağlı xarici investora hansı güzəştlərə getmək olar? Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq.
İkincisi Konstitusiyanın 60-cı maddəsində birbaşa qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının məhkəmələrə müraciət etmək hüququ var. Həmçinin Konstitusiyada qeyd olunur ki, bu Konstitusiya Azərbaycanda beynəlxalq qanunlardan da üstün hüquqi qüvvəyə malikdir. Yəni bu normalar məlumdur və biz bunu komitə iclasında sizə xatırlatdıq. Amma yenə də siz bunu plenar iclasa eyni qaydada təqdim eləmisiniz. Komitənin iclasında bu təklifləri səsləndirən şəxsləri "vətənpərvərlikdə" ittiham elədiniz. Mən özümü həqiqi vətənpərvər hesab edirəm. Amma məsələnin bu hissəsini kənara qoyaq. Söhbət qanunlara və Konstitusiyaya münasibətdən gedir. Axı bizim əmək qanunvericiliyi əmək konvensiyasına, yəni əmək hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyaya uyğun olaraq hazırlanıb. Yox, siz qaydalarda yenə də həmin konvensiyalara istinad edəcəksinizsə artıq Əmək Məcəlləsində onsuz da biz buna istinad etmişik. Ekologiya ilə bağlı biz onsuz da beynəlxalq konvensiyalara istinad olunub. Orada niyə əlavə qanunlar, qaydalar yazılmalıdır? Həmin azad zonada istehsal olunan mallar Azərbaycanın əsas iqtisadiyyat zonasına idxal olunanda tutaq ki, Rusiya orada bir zavod açıbsa, o öz məhsullarını 18 fazi gömrük rüsumu əsasında idxal edəcək, Türkiyə müəssisə açıbsa 36 fazilə Azərbaycana idxal edəcək. Mən təklif etdim ki, bəlkə biz bunların hamısı üçün bir az aşağı və vahid bir standart müəyyənləşdirək? Tutaq ki, onlar 10 faiz gömrük rüsumu ödəməklə öz istehsal etdiyi məhsulları Azərbaycana idxal edə bilsinlər. Tutaq ki, bir rus və bir türk şirkəti həmin ərazidə 50 faiz payla birgə müəssisə açır. Ondan bu rüsumlar necə tutulacaq? 36 fazi alacağıq, yoxsa 18 faiz? Yəni biz bu tipli məsələləri komitənin iclasında qaldırmışdıq, amma təkliflərimiz nəzərə alınmadan plenar iclasda müzakirəyə çıxarılıb. Mən bir daha Valeh müəllim, sizə öz hörmətimi ifadə etməklə vurğulamaq istəyirəm ki, burada söhbət sizə münasibətdən getmir. Söhbət hazırlanmış qanun layihəsinin ölkə Konstitusiyası ilə ziddiyyət təşkil etməsindən gedir. Ona görə də, düşünürəm ki, biz birinci oxunuşda əlbəttə buna səs verə bilərik, amma ikinci oxunuş üçün mütləq bu məsələlər düzəldilməlisir. Azərbaycan vətəndaşlarının hətta Avropa İnsan Hüquaları Məhkəməsinə müraciət etmək hüququ var? Bu necə həll olunacaq? Yəni bu tipli məsələlər düşünürəm ki, bu qanunun predmeti olmamalıdır. Bu qanunda yalnız iqtisadi baxımdan əlverişli şərtlər əsas olmaldır. Bir də sənədləşmə işlərində birpəncərə prinsipi tətbiq etmək olar ki, qısa müddətdə və asan formada bu məsələləri həll eləsinlər. Məsələn orada yaşayış binası, müəssisə tikiləcək. Həmin binaların təhlükəsiuzliyi ilə bağlı məsələlər necə həll olunacaq? Biz bunların hamısı ilə bağlı qaydalar qəbul etsək, gərək bütün Azərbaycanda bu tipli məsələləri tənzimləyən qanunları, hər birinin başlığını qayda qoymaqla qaydalar formasında həmin zona üçün qəbul edək. Ona görə ki, o məsələlər ciddidir. Sabah oradakı zavod, yaxud yaşayış bunası uçarsa bunun məsuliyyətini kim daşıyacaq? Deməli o məsələlərlə bağlı həmin azad iqtisadi zona üçün tikinti məcəlləsi qaydaları qəbul edək. Düşünürəm ki, bunların heç birinə ehtiyac yoxdur. Sadəcə, investorlar üçün vergi və gömrük rüsumlarından azad olunma və bir də onların əmlakının əsas iqtisadi zonaya – yəni Azərbaycanın digər bölgəsinə ixrac edilməsi üçün güzəştlər nəzərdə tutulması tamamilə yetərlidir. Bir də təklif edirəm ki, bunun adını ümumiyyətlə Ələt yox, Azad İqtisadi Zona qoyaq. Ola bilsin ki, gələcəkdə biz Azərbaycanıən başqa bölgələrində də belə Azad İqtisadi Zonalar yaradaq".

"Avropaya vizasız getmək məsələsini gündəmə gətirməliyik"

Millət vəkili "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müakirəsi zamandı da çıxış edib. Bildirib ki, Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir. O. qonşu ölkələrlə bağlı viza məsələsinin həllinin labüd olduğunu söyləyib: "Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsini gündəmə gətirməliyik. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarının İran, Türkiyə ilə viza məsələsi tanmamilə aradan qaldırılmalıdır". Millət vəkili bu günlərdə Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaradılmasının böyük uğur olduğunu əlavə edib: "Bu münasibətlə Oqtay müəllim sizi və deputat həmkarlarımı təbrik edirəm. Bu Azərbaycan üçün çox önəmli məsələdir. Avropa Parlamentinin 60 üzvü Azərbaycanla dostluq qrupuna üzv olub. Bu sayın artmasını arzu edirik. Azərbayacan qarşı əks təbliğat kampaniyasının genişləndiyi vaxtda bu çox böyük uğurdur. Hökümətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan Respublikasının bir çox vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsinlər"

Əli