“QHT-lərə xarici qrantlarla bağlı qoyulan qadağalar ləğv edilməlidir“ Siyasət

“QHT-lərə xarici qrantlarla bağlı qoyulan qadağalar ləğv edilməlidir“

Bu barədə BAXCP sədri, deputat Qüdrət Həsənquliyev dünən BMM-də reallaşan "Vətəndaş Cəmiyyətinin Bacarıqlarının İnkişafı" layihəsi çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə bu istiqamətdə həm də QHT-lər fəallıq nümayiş etdirməlidirlər: "Artıq bir müddətdir ki, QHT-lər demək olar ki, xarici donorlardan layihə əldə edə bilmirlər. Əslində bəzi məsul şəxslər öz işlərini asanlaşdırmaq üçün bu addımı atıblar. Məndə olan məlumata görə guya bu addımı atmaqda əsas məqsəd bəzi QHT-lərin destruktiv hərəkətlərinin qarşısını almaqdan ibarət olub.
Bu mənada onlar guya problemi aradan qaldırmaq üçün məsələni kökündən həll ediblər. Bu qərara qədər bu və ya digər formada 50 minə yaxın insan bu sahədə aktiv fəaliyyətdə idi. İndi bu rəqəm 5 min nəfər civarındadır.
Bu çox ciddi məsələdir. Dövlətimiz QHT-lərə hər zaman dəstək olur, Milli Məclisdə bu istiqamətdə müxtəlif qanunlar qəbul edilir. Amma etiraf etməliyik ki, dövlətin imkanları getdikcə məhdudlaşır. Amma qanunun aliliyi baxımından QHT-lərə diqqət və qayğının göstərilməsi çox vacibdir. Bu mənada mən də problemin həll olunması üçün əlimdən gələni edəcəyəm. Burada sizlərin aktiv fəaliyyəti çox önəmlidir"