CENTCOM: Hörmüz boğazı naviqasiya üçün açıqdır və İranın nəzarətində deyil Gündəm

CENTCOM: Hörmüz boğazı naviqasiya üçün açıqdır və İranın nəzarətində deyil

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iddia edir ki, Hörmüz boğazı bütün gəmilərin keçidi üçün açıqdır və ABŞ hərbçiləri naviqasiya azadlığını təmin etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, komandanlığın "X" sosial şəbəkəsindəki hesabında paylaşılan məlumatda deyilir: "Hörmüz boğazı bütün gəmilər üçün açıqdır. ABŞ Silahlı Qüvvələri öz mövqelərindədir və gəmilərin sərbəst hərəkətini təmin etməyə hazırdır".

Komandanlıqdan qeyd edildiyi kimi, "İran boğaza nəzarət etmir" və son yeddi gün ərzində oradan 140-dan çox gəmi keçib.