“Ermənistan Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşə bilər” Siyasət

“Ermənistan Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşə bilər”

"Suriyaya heyət göndərmək təhlükəlidir. Ermənistan Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşə bilər".
Bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Navasardyanın bildirib.
Onun fikrincə, Suriya proseslərində Ermənistan çoxdan iştirak etməli idi, lakin hazırkı məqamda bunun riskləri çoxdur.
"Ümumiyyətlə orada erməni icmasının olmasına baxmayaraq, çox passiv diplomatik iş aparılıb. Bəli, indi konkret humanitar zərurətlərdən irəli gələn fəaliyyət göstərilir. Ancaq obyektiv olmaq üçün demək lazımdır ki, hazırda müəyyən sürprizlər və təhlükələr ola bilər. Bölgə acınacaqlı vəziyyətdə olduğuna görə bu addım diqqətdən kənar qalmayacaq. Tramp bəyan edib ki, Rusiya və İran ərazini bombalamaqla öldürücü səhvə yol verir. Həmin bu mövzu ilə sanki Trampın müdafiə üzrə dövlət katibi Ceyms Metislə ziddiyyətləri ortaya çıxıb. İndi belə bir vəziyyətdə bizim orada peyda olmağımız doğrudanmı təhlükəsizdir? Mən belə bir şey deyə bilmərəm", - deyə o qeyd edib.
O, belə bir addımın atılacağı təqdirdə bunun Ermənistanı Avropa və ABŞ sanksiyaları ilə üz-üzə qoyacağını bildirib: "Ümid edirik ki, məsələ bu yerə çatmaz. Mən bu gün Suriyada Ermənistanın yeni səfiri olacaq şəxslə danışmışam. O, mənim qohumum və şagirdimdir. Deyir ki, məsələnin bu cür inkişaf etməməsi üçün hər şey edəcəyik. Ancaq nə etmək mümkündür, deyə bilmərəm. Biz orada indiyədək təmsil olunmalıydıq. Ermənistan Suriyada baş verən bütün proseslərdə passiv siyasət yürüdüb. Bizim problemlərimiz ola bilər, bölgə çox gərginlik var. İdlibdə qızğın hərbi əməliyyatlar gözlənilir. Buna görə də biz yaxın vaxtlarda hadisələrin necə inkişaf etdiyini görə bilərik".
Qloballaşma və bölgə əməkdaşlığı analitik mərkəzinin sədri, politoloq Stepan Qriqoryan fikrincə Suriyada vəziyyət mürəkkəbdir və istənilən addım təhlükəlidir.
"Hətta Ermənistan öz bayrağımız altında çıxış etsə də, vəziyyət o qədər qarışıqdır ki, burada güc mərkəzlərinin maraqları toqquşur. İndiyədək Ermənistanın Suriyaya heyət göndərməli olduğunu eşitdikdə, məsələni Rusiya ilə əlaqələndirirdim. Bu baxımdan Rusiya atdığı addımlarını legitimləşdirmək məqsədilə, buna özü ilə bərabər təşəbbüskarlar da cəlb etmək niyyətindədir".