ABŞ Suriya ilə bağlı Ermənistana məhdudiyyət qoyub Siyasət

ABŞ Suriya ilə bağlı Ermənistana məhdudiyyət qoyub

"Ermənistandakı ABŞ səfirliyinin bəyanatı qısa olsa da, tutarlı idi. ABŞ İdlibdə baş verən hadisələrin inkişafını, Əsəd rejimininin atdığı addımları, Rusiya və İran haqqında dəfələrlə bəyanat verib".
Bu barədə ABŞ-ın Sovet İttifaqı millətləri üzrə keçmiş müşaviri, tanınmış amerikalı politoloq Pol Qobl bildirib.
Onun sözlərinə görə, hazırda İdlib qaynar nöqtələrdən biridir və Ermənistan buradan uzaq durmalıdır.
"Hazırda İdlib bölgəsi qaynar nöqtələrdən biridir və Ermənistan buradan uzaq durmalıdır. Son vaxtlar ABŞ-ın bir sira müxtəlif nümayəndə heyətləri ilə Ermənistan hakimiyyət üzvlərinin gorüşləri baş tutub. ABŞ açıq şəkildə özü üçün qəbul oluna biləcək və qəbul oluna bilməyəcəkləri vurğulayıb", - deyə o qeyd edib.