23 Sentyabr 23:37
23 Sentyabr 23:29
11:28
427
"Azərbaycan artıq Afrika qitəsindəki 54 dövlətin hər biri ilə diplomatik münasibətlərə malikdir".
APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
“Azərbaycan–Afrika münasibətlərində yeni mərhələ! Mərkəzi Afrika Respublikası ilə diplomatik əlaqələrin qurulması ilə Azərbaycan artıq Afrikanın 54 ölkəsinin hamısı ilə diplomatik münasibətlər yaratmış oldu. Bu isə qitə ölkələri ilə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanlar açır”, – deyə Yalçın Rəfiyev qeyd edib.
Qeyd edək ki, Azərbaycan ümumilikdə, özünü çıxmaqla, 192 BMT üzvü dövlətdən 188-i ilə diplomatik münasibətlər qurub. Bu isə bir ölkənin diplomatik münasibətlər çərçivəsində çata biləcəyi ən yüksək göstəricilərdən biridir. Diplomatik münasibətlərin olmadığı ölkələr Ermənistan, Kipr, Tonqa və Kiribatidir.
Xatırladaq ki, Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlərin yaradılması barədə Birgə Kommünike 23 sentyabr 2026-cı ildə, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mərkəzi Afrika Respublikasının xarici işlər naziri Silvi Baipo-Temon tərəfindən imzalanıb.
12:27
147
11:59
343
11:15
483