Tahir Mirkişili ATƏT PA-da Azərbaycanın təşəbbüsünü dəstəkləməyə çağırıb Siyasət

Tahir Mirkişili ATƏT PA-da Azərbaycanın təşəbbüsünü dəstəkləməyə çağırıb

Bişkekdə ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir. Sessiyanın əsas müzakirə mövzusu "Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə" olub.
Modern.az xəbər verir ki, sessiyada çıxış edən deputat Tahir Mirkişili regionda yeni çağırış kimi insan kapitalalının inkişafı və təhsilin keyfiyyətinin və kütləviliyini artırılmasını göstərərək, iştirakçı dövlətlərin əsas diqqəti bu istiqamətlərə yönəlməli olduqlarını qeyd edib.
Azərbaycan insan kapitalının inkişafından danışan Tahir Mirkişili Bakı şəhərini World EXPO2025 sərgisinə ev sahibliyi etmək üçü namizədliyini verdiyini göstərərək, Azərbaycanın bu tədbirdə əsas diqqəti "İnsan kapitalının inkişafı və daha yaxşı həyat qurmaq"a yönəltdyini göstərib.
Azərbaycanın qalib gələcəyi təqdirdə regionda ilk dəfə olaraq keçirələcək bu tədbirin əslində həm də bütöv bir regionun inkişafına və təhlükəsizliyin təmin olunmasında insan kapitalının inkişafı ilə öz təhfəsini verəcəyi bildirilib.
Sonda Tahir Mirkişili bütün iştirakçı ölkələri Azərbaycanın bu təşəbbüsünü dəstəkləməyə çağırıb.