“Ermənistanda oyun oynayırlar” Siyasət

“Ermənistanda oyun oynayırlar”

"Bu gün Ermənistanda oyun oynayırlar. Təbii ki, bu oyunu da Paşinyanın təkidi ilə aparırlar". Bunu politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Ermənistan konstitusiyasına əsasən seçkilər müddətində baş nazir istefa verməlidir: "Onun yerinə isə yenisi seçilməlidir. Amma Paşinyan həmişə hər şeyə hökm etdiyinə görə, yenisinin seçilməsinə icazə vermir və bununla bağlı parlamentdəki bütün franksiyalarla danışıqlar aparıb. Onlar da Paşinyanın adamlarının qorxusundan Paşinyan nə edirsə onu edirlər. Yəni birinci turda baş nazir seçilmədi. Əgər ikinci turda parlament baş naziri seçməzsə özünü buraxılmış elan edəcək və yeni seçkilərin vaxtının elan edilməsini göstərəcək. Bu bir növ öz-özünə intihar etməyə bənzəyir".
Qeyd edək ki, Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyini rədd edib və bununla da qanunverici orqanın buraxılması prosedurunun başlanğıcı qoyulub. Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib.