“ABŞ regionda Bakını seçir” - Rusiyalı politoloq Siyasət

“ABŞ regionda Bakını seçir” - Rusiyalı politoloq

Birləşmiş Ştatlar Xəzəryanı regionda Azərbaycanı seçməkdə davam edir.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri ilə bağlı baş verənlər onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Xəzəryanı regionda Azərbaycanı seçməkdə davam edir.
Bu fikirləri "Kaspi-Avrasiya" beynəlxalq və ictimai-siyasi araşdırmalar mərkəzinin rəhbəri, tarix elmləri namizədi Andrey Sızranov deyib.
Xatırladaq ki, Tramp səlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər.
Müsahibimizin sözlərinə görə, siyasi və iqtisadi, o cümlədən enerji sahələrində əməkdaşlıq davam etdiriləcək.
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ümidləri möhkəmlənəcək. Ancaq Boltonun Cənubi Qafqaza səfəri hazırkı vəziyyətin monitorinqi xarakterini daşıyır, konkret addımlar isə gələcəkdə atılacaq", - deyə Sızranov bildirib.