“Azərbaycan Tramp administrasiyasını inandırmağa nail olub” Siyasət

“Azərbaycan Tramp administrasiyasını inandırmağa nail olub”

Erməni politolq: "Bu bizim məğlubiyyətimizdir ki, yüksəkməqamlı Amerika məmuru 907-cü düzəlişin ləğvindən danışır"

Boltonun səfərinin gedişində çoxlu bəyanat verilib və mahiyyətcə ABŞ siyasətinin prioritetlərini təsdiqləyən tam bir sıra görüşlər baş tutub. ABŞ-ın bölgədə öz maraqları var və təəssüf ki, Ermənistan bunda prioritet rol oynamır. İmperativlər Gürcüstan və Azərbaycandır. Bolton Gürcüstan və Azərbaycanı ABŞ-ın strateji maraqlarıyla, Ermənistanı isə ancaq prioritetlə bağlı ölkələr adlandırır. Deməliyəm ki, ABŞ tərəfindən bütün dövlətlərə prioritet kimi baxılır, çünki ABŞ bütün komponentləri və atributlarıyla superdövlətdir. Düşünürəm ki, üzərində düşünməyə nəyimizsə var.
Bu sözləri erməni politoloqu Suren Sərkisyan "Lragir" nəşrinə müsahibəsində deyib.
Eməni politoloqun qənaətinə görə, rampın Konqreslə münasibətləri və erməni lobbisinin Konqresə təsiri nəzərə alınsa, əslində, ABŞ administrasiyasının Konqresə girmək və 907-ci düzəlişi dəyişməsi çətin olacaq: "Reallıqda isə Azərbaycana silah satmaq üçün başqa variantlar tapmaq olar. Deməliyəm ki, Amerika silahının əsas alıcısı Ermənistan deyil, məhz Azərbaycan ola bilər, çünki söhbət bahalı silahlardan gedir, Ermənistanın maliyyə imkanları isə Azərbaycanınkından geri qalır. Baxarıq, düşünürəm ki, Azərbaycana silah satışı proseduru son dərəcə mürəkkəbdir. Bundan savayı, onlar bir neçə ay qabaq ABŞ-dan helikopterlər əldə edərək dünyanı inandırıblar ki, bunlar mülki təyinatlı maşınlardır, amma onları sürətlə hərbiləşdirmək mümkündür. Bu Azərbaycan lobbiçilərinin işinin nəticəsidir, çünki Bakı uzun illər ABŞ-ı silah satmağa inandırmağa səy edib, bunun üçün 907-ci düzəlişi dəyişmək gərəkdir. Azərbaycan Tramp administrasiyasını inandırmağa nail olub. Bu bizim məğlubiyyətimizdir ki, yüksəkməqamlı Amerika məmuru 907-cü düzəlişin ləğvindən danışır".