“Ermənistan ordusu geri çəkilir” Siyasət

“Ermənistan ordusu geri çəkilir”

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnzaryan 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində minlərlə hektar əraziyə nəzarəti geri qaytardığını etiraf edib.
Şahnazaryan ərazilərin geri qaytarılmasından sonra Azərbaycan ordusunun işğal altındakı Dağlıq Qarabağa nəzarət etdiyini bildirib.
Şahnazaryan Qarabağın itirilmək təhlükəsindən də danışıb:
"Ən ciddi təhlükə Qarabağla bağlıdır. Bu təhlükə isə Azərbaycan və Türkiyədən gəlmir, bu təhlükə Ermənistan hakimiyyətindən gəlir. Onsuz da, bu günki müzakirə prosesində bərpa edilməyəcək zərərlər ortaya çıxır. Digər yandan isə Azərbaycan Naxçıvan ətrafındakı ərazilərə nəzarət edir. Hesab edirəm ki, 2019-cu ildə Qarabağı müdafiə etmək çətin olacaq".
David Şahnzaryan deyib ki, Ermənistan hakimiyyəti hələ də, keçən il Azərbaycan ordusunun Naxçıvan yaxınlığındakı ərazilərə nəzarəti bərpa etdiyi faktını təkzib edir.
Avstraliyanın Holokost İnstitutnun erməni analitiki Masis İngilisyan isə məqaləsində neytral ərazilərdə qarışıq vəziyyətin hökm sürdüyünü bildirib.
İngilisyan iddia edir ki, Azərbaycan ordusunun yeni postlarda möhkəmlənməsindən sonra, erməni hərbi birləşmələri geri çəkilmək məcburiyyətində qalıb.
Ön xətdəki erməni birləşmələrinin hələ də addım-adım geri çəkildiyini bildirən analitik xatırladıb ki, keçən il Azərbaycan ordusu 11 min hektarlıq əraziyə nəzarəti ələ keçirib:
"Ermənistanın yeni müdafiə naziri David Tonoyan və digər yüksək rütbəli şəxslərin tez-tez Naxçıvan-Ermənistan sərhəd bölgələrinə səfərləri də buradan qaynaqlanır".