Paşinyan istəyir ki, ölkəsindən boru kəmərləri keçsin Siyasət

Paşinyan istəyir ki, ölkəsindən boru kəmərləri keçsin

Ermənistan öz ərazisindən Rusiya və eləcə də digər ölkələrin tranzit qaz boru kəmərlərinin keçməsini istəyir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "RBK" telekanalına müsahibəsində bəyan edib.
"Ermənistan Rusiyadan enerji asılılığının azaldılmasının tərəfdarı olan və "Şimal axını-2" kimi layihələri öz təhlükəsizliklərinə təhdid olaraq qiymətləndirən ölkələr sırasına qoşulmağı plandırırmı?" sualına Paşinyan cavab verib:
"Təəssüf ki, indi Ermənistanda "Şimal axını-2" tikilmir. Amma biz də ölkəmizdən, məsələn, A məntəqəsindən B məntəqəsinə qaz, yaxud neft tədarük edən hansısa tranzit boru kəmərinin çəkilməsində maraqlıyıq. Ona görə də, biz bu cür layihələrə çox böyük maraq göstəririk".