Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
2 Avqust 2019 12:57
2 373
ABŞ-ın Ermənistana maliyyə yardımıyla bağlı böyük gözləntilərə ehtiyac yoxdur.
Bunu “Past” qəzetinə açıqlamasında erməni politoloq Qagik Ambaryan deyib.
“Erməni əsilli konqresmen Ceki Spir Kançelyan Ermənistana maliyyə dəstəyinin 80 milyon dollara qədər artırılmasını təklif etdi, amma mən buna skeptik yanaşıram. Səbəb odur ki, Tramp administrasiyası özünün asketizmi ilə seçilir. Tramp “ABŞ-dan böyük maliyyə yardımını onun xarici siyasətini bölüşənlər alır” məntiqini rəhbər tutur. Bu mənada bizim böyük ümidlərimiz ola bilməz. Bizim ABŞ-da böyük və nüfuzlu diasporumuz var, amma biz həmçinin bilirik ki, KTMT, Avrasiya İttifaqı üzvüyük və Rusiyanın 102-ci hərbi bazası ərazimizdə yerləşir. Biz həmçinin Rusiya-ABŞ münasibətlərinin səviyyəsini də bilirik”, – deyə o bildirib.
Ambaryan həmçinin qondarma Qarabağ rejiminə yardımın dayandırılması ehtimalının daha çox narahatlıq yaratdığını deyib:
“Amerika Erməni Milli Komitəsinin rəhbəri Aram Ambaryan bəyan etdi ki, ABŞ-ın gələcəkdə Qarabağa birbaşa maliyyə yardımı göstərəcəyinə dair iki ay əvvəl qəbul etdiyi qətnamə ləğv ediləcək. Bu yardım hər il 5 milyon dollar təşkil edirdi və proqram USAİD vasitəçiliyi ilə gerçəkləşirdi. Məsələ burada təkcə pul həcmində yox, fenomen və mesajın özündədir. Bu gün biz Qarabağa yardımın ləğvi fenomeniylə toqquşuruq ki, o da ilk növbədə bunun Tramp administrasiyasının Nikol Paşinyan hökumətinə mesajı ola biləcəyi ilə bağlı düşünməyə yaxşı səbəb yaradır. Digər tərəfdən, Dövlət Departamenti və Ağ Ev yenidən Paşinyanın xarici siyasətindən narazılıq ifadə edir. Bu fenomenə bizim hökumətin xarici siyasətdə növbəti uğursuzluğu kontekstində baxmaq olar. Artıq iki ildir Ermənistanı Paşinyan idarə edir və onun üçün ən vacib olan daxili siyasətdir. O, xarici siyasətə daha az diqqət ayırır”.
16 Noyabr 13:33
1 337
15 Noyabr 21:25
2 142
15 Noyabr 17:47
1 708