Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
Naxçıvan Ali Məclisinin deputatının mandatına xitam verilməsi məsələsi qaldırılıb
9 Avqust 2019 18:01
2 037
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək. Bu barədə özəl olaraq Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.