Yəmən ordusu və husilər arasında toqquşmalar yenidən kəskinləşib Dünya

Yəmən ordusu və husilər arasında toqquşmalar yenidən kəskinləşib

Yəməndə husi üsyançıları ilə hökumət qüvvələri arasında cümə axşamından bəri baş verən toqquşmalarda 81 əsgər və yaraqlı həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə LBC telekanalı iki hərbi mənbəyə və husilərin nəzarətində olan ərazidəki tibbi mənbələrə istinadən məlumat verib.

Qırmızı dəniz sahilindəki komandanlığın nümayəndəsi öz tərəflərindən 24 döyüşçünün həlak olduğunu bildirib. Digər mənbə isə Taiz əyalətində daha 15 hərbi qulluqçunun həyatını itirdiyini qeyd edib.

Husilərin nəzarətində olan ərazilərdəki tibbi mənbələrin məlumatına görə, ən azı 42 döyüşçü məhv edilib.

Məryəm Quliyeva