"TRİPP beynəlxalq layihə olmaq ünvanını özündə saxlayır" Gündəm

"TRİPP beynəlxalq layihə olmaq ünvanını özündə saxlayır"

TRİPP layihəsi yeni dünya düzəninin mahiyyətini açan ilk beynəlxalq layihə olmaq ünvanını özündə saxlayır. TRİPP layihəsi ilk növbədə Azərbaycan və Naxçıvan arasında əlaqə kimi nəzərdə tutulsa da, əslində, Şərqdən Qərbə uzanan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olduğu bəllidir.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Layihənin 99 ilə imzalanması gerçəyi isə bu prosesin ən azı yüz ilə yaxın və daha çox həyatda qalacağı anlamına gəlir. Deməli, bu regionda proseslər ən azı yüz il indi düşünülmüş şəkildə davam edəcəyinə işarə edir. Kiçik bir ərazi parçasının geosiyasi əhəmiyyətini göstərir. Bu isə Azərbaycan və Ermənistanın əhəmiyyətini artırır. Regionun stabilliyini təmin edir. Çünki bütün ölkələr bunda maraqlı olur. Layihə fəaliyyətə başlayana kimi İran və Rusiyanın da bu layihədəki maraqlarının qorunması istiqamətində addımlar atılacaq. Məsələ ondadır ki, tərəflərin hamısı bu marşrutun mütləq baş tutacağını bilirlər" - o, deyib.

Politoloq deyib ki, layihə barəsində bəzi narazılıqlar və əleyhinə görünən addımların məqsədi əslində öz maraqlarının bu layihədə nəzərə alınması üçündür:

"Azərbaycan hər zaman bu layihənin bütün region üçün əhəmiyyətindən danışır. Məqsəd isə bütün region ölkələrinin bundan yararlanmasıdır. Hesab edirəm ki, tezliklə bütün məsələlər öz həllini tapacaq və layihə tam şəkildə fəaliyyətə başlayacaq".

Cavid