Vüqar Abbasov Niderlandın nüfuzlu qəzetinin redaksiyasında işgüzar görüşdə iştirak edib Siyasət

Vüqar Abbasov Niderlandın nüfuzlu qəzetinin redaksiyasında işgüzar görüşdə iştirak edib

“Yeni tanışlıqlar oldu, əməkdaşlıq imkanları barədə danışdıq”

Niderlandda yaşayan soydaşımız, Niderland və Azərbaycan Jurnalistlər Birliklərinin (JB) üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov bir neçə jurnalist həmkarı ilə birlikdə bu ölkədə nəşr olunan “Trouw” qəzetinin redaksiyasında işgüzar görüşdə iştirak edib. Bu barədə “Xalq Cəbhəsi”nə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. “Görüşü Niderlandda fəaliyyət göstərən Onfile JB – nin partnyoru olan Majalla təşkilatı və eyni adlı, Majalla.nl saytı təşkil edib. “Görüş zamanı “Trouw” qəzetinin baş redaktorun müavini cənab Martijn Roessinghlə və şöbə müdiri, xanım Dorien Pelslə maraqlı söhbət olub. Onlar qəzetin yaranma tarixi, orda çalışan jurnalistlərin iş fəaliyyəti və iş qaydaları və.s. haqqında məlumat veriblər. Həmçinin onlara verilən sualları da cavablandırıblar. Qəzetlə əməkdaşlıq məsələsi də müzakirə olunan məsələlər sırasında olub. Ümumiyyətlə, görüşü faydalı keçib. Yeni tanışlıqlar oldu, əməkdaşlıq imkanları barədə və.s. danışılıb. Düşünürəm ki, yeni tanışlıqlar yeni imkanlar deməkdir”- deyə Vüqar Abbasov əlavə edib.
Qeyd edək sözü gedən qəzet Niderlandın çoxtirajlı və ən oxunaqlı qəzetlərindən biridir.