3 Oktyabr 17:04
3 Oktyabr 13:42
8 Yanvar 2020 18:09
2 184
Növbədənkənar parlament seçkilərində iştirak üçün 617 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. "Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 nəfər müraciət edib". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiqlənib: “Onlardan 2149 nəfəri imza vərəqələrini artıq götürüb, 1041 nəfəri qaytarıb, 617-i isə qeydə alınıb”. M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 149 nəfəri 14 siyasi partiyanın siyahısında olan şəxsdir: “6 nəfərin namizədliyi təşəbbüs qrupları, 462 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.
3 Oktyabr 17:03
1 008
3 Oktyabr 16:29
1 267
3 Oktyabr 15:34
966