 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 15 Yanvar  2020 15:03
15 Yanvar  2020 15:03 2 268
2 268
Gələn həftə İsveçrəınin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçiriləcək.
Yanvarın 21-dən 24-dək davam edəcək tədbirin başlıca mövzusu maraqlı tərəflər kapitalizmi (stakeholder capitalism) olacaq.
Forumun banisi professor Klaus Şvab görüş zamanı dünyanı əhatə edən iki təşəbbüsün irəli sürüləcəyini açıqlayıb. Bunlardan biri 1 milyard insana təlim keçməyi, digəri də 1 milyard ağac əkməyi ehtiva edir. Həmçinin forum çərçivəsində “Avrasiya Strateji Perspektivləri” adlı sessiya keçiriləcək.
Forumda 117 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Onların arasında ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və başqa rəhbər şəxsləri, Çin Dövlət Şurasının baş nazir müavini Han Jenq kimi nüfuzlu şəxslərin olacağı gözlənilir.
Forumun təhlükəsizliyini təmin etmək üçün 5 minədək hərbçi cəlb olunacaq.
 31 Oktyabr 20:42
31 Oktyabr 20:42 903
903 31 Oktyabr 20:26
31 Oktyabr 20:26 868
868 31 Oktyabr 20:25
31 Oktyabr 20:25 910
910 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    