
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycanda müasirləşmə istiqamətində böyük addımlar atılıb. Prezident İlham Əliyevin apardığı son islahatlar müasirləşmənin tərkib hissəsidir.
Bu fikirləri açıqlamasında Türkiyə-Azərbaycan İş və Məslək Sahibi Qadınlar Dərnəyinin sədri Belkıs Yakıcı bildirib.
O qeyd edib ki, Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. Xarici iş adamlarının ölkəyə investisiya yatırması üçün dövlət tərəfindən bütün imkanlar yaradılıb.
Azərbaycanda keçiriləcək parlament seçkilərinin ölkəyə yeni siyasi rəng qatacağını vurğulayan Belkıs Yakıcı deyib: “Azərbaycan Avropaya inteqrasiya edən bir ölkə olaraq dünyadakı siyasi nüfuzunu artırır. Parlament seçkilərində qadın namizədlərinin sayının artması sevindirici haldır. Tanıdığım qadın sahibkarın çoxu seçkilərdə iştirak edəcək”.
Dərnək sədri diqqətə çatdırıb ki, gələcəkdə sahibkar qadınların parlamentdə çoxluq təşkil etməsi Azərbaycanın ticarət əlaqələrini daha da genişləndirə bilər.
“Mənim rəhbərlik etdiyim dərnəkdəki qadın sahibkarların Azərbaycanla bağlı investisiya maraqları böyükdür. İnvestisiya yatırmaq üçün Azərbaycanda geniş imkanlar mövcuddur”, - deyə o əlavə edib.
B.Yakıcı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar Azərbaycanın dünyadakı nüfuzunu daha da möhkəmləndirir, ölkənin iqtisadi imkanlarını genişləndirir.