10:53
399.jpg)
Pakistanın Bəlucistan əyalətinin təhlükəsizlik qüvvələri və Terrorla Mübarizə Departamenti (CTD) Mastunq, Pişin və Kila-Abdulla dairələrində keçirilən iki ayrı əməliyyat zamanı qadağan olunmuş qruplaşmanın komandiri də daxil olmaqla doqquz terrorçunu məhv edib.
Xalqcebhesi.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, Mastunqda Naqib adlı komandir də daxil olmaqla üç döyüşçü avtomobillərinə kvadrokopter vasitəsilə endirilən dəqiq zərbə nəticəsində məhv edilib.
Daha altı döyüşçü Pişin və Kila-Abdullada CTD, polis və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Saranan ətrafında təxminən bir saat davam edən atışma zamanı CTD-nin dörd əməkdaşı yaralanıb.
Əməliyyatlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Döyüşçülərdən silah və digər materiallar müsadirə olunub.
Məryəm Quliyeva