MSK bir məntəqədə səsverməni etibarsız saydı Siyasət

MSK bir məntəqədə səsverməni etibarsız saydı

MSK-nın iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizəd olmuş Sitarə Zeynalovanın şikayətinə onun özünün iştirakı ilə baxılıb.
MSK katibi Arifə Muxtarova bu dairə üzrə aparılan araşdırmada seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müşahidə olunmadığını bildirib:
“Sosial şəbəkələrdəki bu dairə üzrə 10 məntəqədən video-görüntü var. Yalnız bir məntəqə - 8 saylı məntəqə üzrə şikayət öz təsdiqni tapıb”.
MSK katibi video-görüntüyə baxılmasını təklif edib. Ancaq videogörüntüyə baxış keçirilməyib.
Müzakirədən sonra 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə bir məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul olunub.