11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
4 Mart 2020 14:11
2 478
"Ermənistan rəhbərliyi Türkiyənin Rusiya ilə Qarabağ məsələsində razılığa gəldiyi barədə fikirlər səsləndirir və təşviş içindədir". Bunu politoloq İlqar Vəlizadə deyib. Politoloqun sözlərinə görə, Ermənistan tərəfi Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən istifadə etmək istəyirlər: "Hətta onlar bunu açıq şəkildə etmək istəyirlər. Bu yaxınlarda Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Türkiyəni ümumiyyətlə ATƏT-in Minsk Qrupundan çıxarmaq lazımdır. Yəqin Ermənistan rəhbərliyi ona işarə edir ki, Rusiya da bununla bağlı hansısa addım atsın. Çünki onların bunu etmək üçün gücləri yoxdur. Onlar hər vəchlə bütün imkanlardan istifadə edərək Türkiyəni ümumiyyətlə regiondan və yaxud da münaqişənin tənzimlənməsindən maksimum uzaqlaşdırmaq istəyirlər. Bu bir daha onu göstərir ki, Ermənistan yeganə real tərəfdir ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlıdır. Hətta deyərdim nəinki maraqlıdır, konkret əməli işlər aparmağa da hazırdır ki, bu münasibətlər daha da kəskinləşsin və dərinləşsin".
11 İyul 20:34
1 561
11 İyul 20:33
1 113
11 İyul 20:32
1 582