“Azərbaycanın mübarizə metoduna dünyada maraq var” Siyasət

“Azərbaycanın mübarizə metoduna dünyada maraq var”

“Türk Şurasının fövqəladə Zirvə görüşünün məhz onlayn keçirilməsi çox təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Türk dünyasının həmrəy olması bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Arzu Nağıyev səsləndirib. Millət vəkili bildirdi ki, Prezident İlham Əliyev çıxışı zamanı mühüm məsələlərə toxundu. Azərbaycanın şuraya sədrlik etməsi və fövqəladə tədbirin məhz pandemiya təhlükəsinin davam etməsi və sürətlə dünyaya yayıldığı zaman keçirilməsi də Azərbaycanın dövlətlər arasında mühüm söz sahibi olmasının təzahürüdür. Yəni fövqəladə toplantıda Macarıstanın, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın pandemiyaya qarşı mübarizə metoduna bir nümunə kimi bütün dünyada maraq var”. Millət vəkili əlavə etdi ki, Azərbaycan koronavirusla mübarizədə mühüm addımlar atmaqdadır: “Yəni Avropa ilə Asiya, türk dünyası arasında əlaqələndirici rolu Azərbaycanın oynaması çox mühüm bir məsələ kimi qeyd olunmalıdır. Digər məsələ ondan ibarətdir ki, koronavirusun tüğyan etdiyi Avropada və digər dövlətlərə baxanda Azərbaycan mart ayının əvəllərindən başlayaraq mühüm və effektiv tədbirlər görüb. Azərbaycan koronavirusla mübaizədə tətbiq olunan məhdudiyyətlərdən başlamış ən yüksək səviyyəli, müasir tibbi cihazların, avadanlıqların alınması istiqamətində də önəmıli məsafə qət edib. Bu gün demək olar ki, ölkəmiz insan sayına müvafiq olaraq test yoxlamaları baxımından dünya səviyyəsində ilk yerlərdədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi məsələlərdə bu da öz əksini tapdı. Düşünürəm ki, bu çox mühüm bir zirvə toplantısı idi. Məhz Prezident İlham Əliyevin zirvə toplantısında çıxışları mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanın həqiqətən dünyəvi dövlət və türk dünyasında xüsusi çəkisinin olması bir daha təsdiq olundu. Bütün çıxışlardan da hiss olunurdu ki, istər iqtisadi, istər siyasi, istərsə də mənəvi və sosial cəhətdən Azərbaycanın mühüm addımları dünayda etalon kimi götürülür. Beynəlxalq təşkilatlar da bunu görür və yüksək qiymət verirlər. Məhz Azərbaycanın bu proseslərdə öndə olması mühüm tarixi hadisədir. Eyni zamanda bu toplantının virtual məkanda reallaşması də Azərbaycanın ilkə imza atması deməkdir, həmçinin inkişaf etmiş dövlətlərlə paralel olaraq və eyni istiqamətdə addımlarının bariz nümunəsidir”.

Əli