“Prezidentin videokonfrans təşəbbüsü birgəmübarizəyə çağırış idi” Siyasət

“Prezidentin videokonfrans təşəbbüsü birgəmübarizəyə çağırış idi”

“COVİD-19” virusun yayılması ilə dünyada iqtisadi münasibətlər durğunluq dövrünü yaşayır, əməkdaşlıq edən tərəflərin bir-birindən imtina etdiyi bir dövrə gəlib çıxmışıq. Hər bir ölkə virusdan qorunmaq üçün müxtəlif tədbirlər görməkdədir. Belə çətin günlərdə dövlət başçımızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri olaraq göstərdiyi təşəbbüslətəşkil olunan videokonfrans böyük siyasi əhəmiyyətə malikdir”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycandakı Fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib.
Fəxri konsul qeyd edib ki,Türk Şurası dünya miqyasında mühüm bir ilkə imza ataraq dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü təşkil etdi. Bu görüş türk dövlətlərinin və xalqlarının çətin gündə bir-birinə dayaq durmalarını, həmrəyliyini, gücünü göstərdi. Prezident İlham Əliyevin də dediyi kimi, bizi birləşdirən ortaq dəyərlər var, bizi birləşdirən tarix, mədəniyyət və milli dəyərlər, qarşılıqlı səmərəli fəaliyyətimiz mövcuddur.
Ceyhun Ələkbərov bildirib ki, hazırda koronovirus pandemiyası durmadan yayılmaqdadır və ona qarşı effektiv mübarizə də yalnız birlik ortaya qoymaqdan keçir: “Çünki hər bir dövlətin öz təcrübəsi var, bunları birləşdirmək, stimullaşdıqma vacibdir. Bu məsələ də, Türk Şurası ölkələrinin səylərini birləşdirməsi son dərəcə əhəmiyyətlidir. Ölkəmizin də koronovirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var . Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir. Videokonfransın əsas məziyyətlərindənn biri də bu idi ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa da Zirvə görüşünə qatılmışdı. Bu da Azərbaycanın dəvətilə baş tutmuşdu və Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq təcrübəsi qazandırdı. ÜST-ün baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu bildirərək, ölkəmizdə həyata keçirilən karantin tədbirlərini yüksək qiymətləndi. O eyni zamanda bundan sonrakı mərhələdə koronovirusa qarşı mübarizədə daha yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətinə də toxundu. Əlbəttə, qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsizliyini birlikdə qorumaqüçün bir araya gəlməsi cəmiyyətimizi çox sevindirdi. Beləliklə, Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı həm şura üzvlərinin həmrəylik və birgə mübarizə müstəvisində atılan mühüm başlanğıcı kimi tarixə düşdü. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə zirvə görüşünün baş tutmasını Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi kimi qiymətləndirmək vacibdir. İnanırıq ki, həm ölkəmiz, həm də digər Türk ölkələri dünyanı bürüyən bu virusla mübarizədə üzüağ, qələbə ilə, həmçinin minimum zərərlə çıxacaqlar”.

Əli