30 Oktyabr 18:52
30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
15 Aprel 2020 14:30
3 416
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə təşəkkür edib.
Mehriban Əliyeva rəsmi “Facebook” səhifəsindəki paylaşımında bunları yazıb: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”
Qeyd edək ki, Türkiyənin paytaxt Ankaranın simvolu olan “Atakule”də Türkiyə və Azərbaycan həmrəyliyini göstərmək məqsədi ilə hər iki ölkənin bayraqları rəngli işıqların və musiqinin müşayiəti ilə dalğalandırılıb.
Qüllənin zirvəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət!”, ardınca isə “Can Azərbaycana sevgilərlə” ifadələri rəngli işıqların fonunda yer alıb.
Bundan öncə, aprelin 11-də isə Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə görüntülənib.
30 Oktyabr 18:54
1 036
30 Oktyabr 18:42
1 428
30 Oktyabr 17:24
1 218