“Ölkə rəhbərinin atdığı addımlar birmənalı olaraq insan amilinin qorunmasına söykənib”, - Əziz Əlibəyli Siyasət

“Ölkə rəhbərinin atdığı addımlar birmənalı olaraq insan amilinin qorunmasına söykənib”, - Əziz Əlibəyli

“Ölkə rəhbərinin koronovirus çərçivəsində atdığı addımlar birmənalı olaraq insan amilinin qorunmasına söykənib. Çünki həm sahibkarlarla bağlı iş yerlərinin qorunmasına dair sərəncamlar, eyni zamanda, aztəminatlı ailələrlə bağlı həyata keçirilən xüsusi ödəmələr və nəhayət, 200 min nəfər üçün nəzərdə tutulan 190 manatlıq aylıq ödəmə həddinin 600 min nəfərə qədər əhatə dairəsinin genişləndirilməsi bunun bariz sübutudur”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (DTM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli bildirib. Politoloq əlavə etdi ki, Neft Fonundan əlavə transferlərlə yanaşı, bundan sonra Prezidentin tapşırığı ilə daha bir reallıq öz əksini tapdı: “Büdcənin formalaşdırılması üçün Nazirlər Kabineti əlavə mənbələr tapmalıdır.
Bu addım da postkorono dövründə əhalinin sosial təminatını həll etməyə, yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Prezidentin sosial paketlərlə bağlı atdığı addımların ölkədə sığorta sistemi ilə birbaşa bağlılığını da ortaya qoymuş oldu ki, bu sistemin bazar rəqabəti əsasında qurulması məsələsini bir daha gündəmə gətirdi.
İndiki vəziyyətdə, fors-major olaraq iqtisadiyyatın çarxlarını saxlasaq da, ümumi hərəkətverici detalları – xidmət, ticarət mərkəzləri, vergi ödəyicilərini, iş yerlərini qorumaq bu sərəncamlar vasitəsilə mümkün oldu. Hesab edirəm ki, karantin rejiminin tətbiq forması qismən dəyişdiriləndən sonra iqtisadiyyatımızın özünübərpası qısa müddətdə baş verəcək.
Digər bir detal da ondan ibarətdir ki, artıq dünyanın 160-dan çox dövləti Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciət edib, amma onların sırasında Azərbaycanın adının olmaması bizə imkan verəcək ki, dünyada yaşanan iqtisadi böhrandan az zərərlə çıxa bilək”.

Əli