Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir - Təqaüdçü vətəndaş Prezident İlham Əliyevə təşəkkür edir Siyasət

Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir - Təqaüdçü vətəndaş Prezident İlham Əliyevə təşəkkür edir

Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Ucar rayonu sakini, təqaüdçü Əjdər Abbasovun Prezident İlham Əliyevə təşəkkür məktubunda deyilir.

Əjdər Abbasov məktubunda yazır:

"Möhtərəm cənab Prezident.

Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız. Sizin ölkəmizi COVID-19 pandemiyasından qorumaq üçün atdığınız addımlar bütün xalq tərəfindən dəstəklənir. Bu çətin günlərdə xalqımıza arxa-dayaq olduğunuz üçün Sizə minnətdarıq.

Mən şəkər xəstəsi və 1-ci qrup gözdən əlil, həmçinin təqaüdçüyəm. Sizin qayğınız nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanmış sosial paketlərdən bütün təbəqələrdən olan insanlar kimi, bizim ailəyə də pay düşüb. Evimdə pulsuz dərman və zəruri tibbi ləvazimat ilə təmin olunmuşam.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə, tənhalara, qocalara, pensiyaçılara göstərdiyiniz köməyə görə ağsaqqallar, yaşlı insanlar və təqaüdçülər adından Sizə təşəkkür edirəm. Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirəm".